Xəzər Xəbər

Tunel qazıb həbsxanadan qaçdılar

Dünya | 11:00 • 23 Sentyabr 2020
Tunel qazıb həbsxanadan qaçdılar

Rusiyanın Dağıstan Respublikasında yerləşən 2 saylı cəzaçəkmə müəssisəsindən altı məhbus qaçıb.


Bu barədə Rusiya Federasiyası Cəzaların İcrası Federal Xidmətindən məlumat verilib.


Qurumdan verilən məlumatda qeyd olunur ki, dustaqlar qazdıqları tunel vasitəsi ilə saxlanıldıqları həbsxanadan qaçıblar.




Onların axtarışına hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub, respublika ərazisində müvəqqəti axtarış postları qurulub.


Qaçan dustaqlardan ikisi qətldə ittiham olunan şəxslərdir.


Xəbər lenti