Xəzər Xəbər

Hindistanda təyyarə qəzaya uğrayıb

Dünya | 19:55 • 21 Sentyabr 2020
Hindistanda təyyarə qəzaya uğrayıb

Hindistanın Uttar Pradeş ştatında təlim təyyarəsinin qəzaya uğraması nəticəsində pilot ölüb.


Yerli KİV-lər xəbər verir ki, təyyarə Azamqarh rayonu ərazisində əkin sahəsinə çırpılıb. İlkin ehtimala əsasən, qəzaya pis hava şəraiti səbəb olub. Hadisə baş verəndə dörd yerlik təlim təyyarəsində, sadəcə, bir pilot olub və elə hadisə yerində ölüb.

Xəbər lenti