Xəzər Xəbər

Türkiyədə daha üç terrorçu məhv edilib

Dünya | 14:49 • 21 Sentyabr 2020
Türkiyədə daha üç terrorçu məhv edilib

Türkiyədə həyata keçirilən "İldırım-3” antiterror əməliyyatı çərçivəsində Hatay vilayətinin Amanoslar ərazisində məhv edilən üç terrorçunun Daxili İşlər Nazirliyi tərəfindən axtarışda olduğu müəyyənləşdirilib.


Xezerxeber.az xəbər verir ki, bu barədə Türkiyənin Daxili İşlər Nazirliyi məlumat yayıb.


Nazirliyin həmin terrorçuların hər birinin ələ keçirilməsi üçün 500 min türk lirəsi (təxminən 70 min ABŞ dolları) məbləğində mükafat nəzərdə tutduğu məlum olub. Məhv edilən terrorçular "Hüseyn” ləqəbli Cihan Erbaş, "Ciğer Amed” ləqəbli Serhat Aykul və "Ali Norşin” ləqəbli Şefik Körmandır. Onların üçü də müxtəlif cinayət əməllərində ittiham edilib.

Xəbər lenti