Xəzər Xəbər

Gürcüstanda koronavirusa yoluxanların sayı kəskin artdı

Dünya | 13:36 • 20 Sentyabr 2020
Gürcüstanda koronavirusa yoluxanların sayı kəskin artdı

Gürcüstanda son 24 saat ərzində daha 196 nəfərə koronavirus diaqnozu qoyulub, 13 pasiyent müalicə olunaraq sağalıb.


Gürcüstan hökumətininrəsmi saytının yaydığı məlumata görə, bununla da qonşu ölkədə yoluxanların sayı 3 502 nəfərə, sağalanların sayı isə 1 494-ə çatıb. 19 nəfər dünyasını dəyişib.


Hazırda karantində 5 014, stasionar nəzarətdə isə 836 nəfər saxlanılır.

Xəbər lenti