Xəzər Xəbər

Səudiyyə Ərəbistanı BMT və ÜST-yə 100 milyon dollar yardım etdi

Dünya | 10:08 • 20 Sentyabr 2020
Səudiyyə Ərəbistanı BMT və ÜST-yə 100 milyon dollar yardım etdi

Səudiyyə Ərəbistanı COVID-19 pandemiyası ilə mübarizədə yoxsul ölkələrə yardım məqsədilə BMT və Ümumdünya Səhiyyə Təşkilatına 100 milyon dollar ayırdığını bəyan edib. Bu barədə Krallığın rəsmi SPA informasiya agentliyi məlumat yayıb.


Səudiyyə Ərəbistanının BMT-dəki daimi nümayəndəsi Abdallah Əl Muallimi təşkilatın Baş katibi Antonio Quterreş ilə virtual görüşündə bildirib ki, onun ölkəsi pandemiya ilə mübarizə sahəsində qlobal əməkdaşlığı dəstəkləyir və ayrılan vəsaitin yoxsul ölkələrdə insanların epidemiyadan qorunmasına sərf olunmasını istəyir. O əlavə edib ki, Krallıq pandemiya ilə qlobal mübarizəyə qoşulan ilk ölkələrdən biri olub.


Antonio Quterreş Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləzizə təşəkkürünü bildirərək qeyd edib ki, Krallıq pandemiya ilə yanaşı, dünyada sülhün və təhlükəsizliyin təmin olunması, o cümlədən Yəməndə humanitar fəlakətin aradan qaldırılması istiqamətində BMT ilə sıx əməkdaşlıq edir./AZƏRTAC

Xəbər lenti