Xəzər Xəbər

Özbəkistan əcnəbi turistlər üçün sərhədləri açır

Dünya | 18:17 • 18 Sentyabr 2020
Özbəkistan əcnəbi turistlər üçün sərhədləri açır

Özbəkistan hökuməti karantin tədbirlərinin mərhələli şəkildə yumşaldılması çərçivəsində oktyabr ayının 1-dən etibarən əcnəbi turistlər üçün sərhədləri açacaq.


"RİA Novosti” xəbər verir ki, bu barədə ölkənin Nazirlər Kabineti yanında Operativ Qərargahının nümayəndəsi bildirib.


Onun sözlərinə görə, turoperatorlara əcnəbi turistlər ikihəftəlik karantin keçmədən 15 nəfərədək qrup halında turlar təşkil etməyə icazə veriləcək. Amma turizm agentlikləri müştərilərinin COVID-19 testindən keçməsini, eləcə də xəstəlik risklərini ödəmək üçün müvafiq sığortanı təmin etməlidirlər.


Özbəkistan Səhiyyə Nazirliyinin verdiyi məlumata görə, ölkədə koronavirusa yoluxma hallarının sayı 49 385-dir, 411 xəstə isə infeksiyadan ölüb./report

Xəbər lenti