Xəzər Xəbər

2100-cü ildə Çin əhalisinin sayı yarıya qədər azalacaq: İlk onluq

Dünya | 15:54 • 18 Sentyabr 2020
2100-cü ildə Çin əhalisinin sayı yarıya qədər azalacaq:

Dünya əhalisinin sayı getdikcə artmağa davam edir. Hazırda 7.5 milyarddan çox olan dünya əhalisinin sayının 2100-cü ildə 16 milyarda çatacağı ehtimal olunur.


Bu barədə "Milliyet” yazıb.


Əhali sıxlığındakı natarazlıq bəzi bölgələrdə yoxsulluq və müharibə riskini də artıracaq.


Bu gün 1.5 milyard insanın yaşadığı Çin 2100-cü ildə əhalisinin yarısından çoxunu itirəcək. Buna səbəb doğum səviyyəsinin olduqca aşağı olması, əhalinin sayını tənzimləməklə bağlı proqramların tətbiqidir.


Beləliklə, Çin əhali sayına görə, dünyada üçüncü pilləyə düşəcək. Hindistan ilk pilləyə, Nigeriya isə ikinci pilləyə yüksələcək.


2100-cü ildə əhali sayına görə dünya ölkələrinin ehtimal olunan ilk onluğunu təqdim edirik:


Hindistan - 1.09 milyard


Nigeriya - 791 milyon


Çin - 732 milyon


ABŞ - 336 milyon


Pakistan - 248 milyon


Demokratik Konqo Respublikası - 246 milyon


İndoneziya - 229 milyon


Efiopiya - 223 milyon


Misir - 199 milyon


Tanzaniya - 186 milyon.

Xəbər lenti