Xəzər Xəbər

3 Avropa ölkəsi Beyrut kimi partladılacaq ŞOK İDDİA

Dünya | 14:05 • 18 Sentyabr 2020
3 Avropa ölkəsi Beyrut kimi partladılacaq

"Hizbullah" terror təşkilatı Avropanın bəzi bölgələrinə silah və ammonium-nitrat yerləşdirib.


Bunu ABŞ Dövlət Departamentinin Terrorla Mübarizə Şöbəsinin koordinatoru Natan Seyls iddia edib.


Onun sözlərinə görə, silah və ammonium-nitrat partlayıcı maddələrin hazırlanmasında istifadə olunacaq.


Belçikadan Fransa, Yunanıstan, İtaliya, İspaniya və İsveçrəyə silah daşındığını bildirən Seyls eyni zamanda, Fransa Yunanıstan və İtaliyada ciddi miqdarda ammonium-nitrat yerləşdirildiyini, lakin onların tapılaraq məhv edildiyini vurğulayıb.


Qeyd edək ki, ötən ay Beyrut limanının ammonium-nitrat deposunda dəhşətli partlayış yaşanmışdı. Nəticədə 200-ə yaxın insan həlak olmuş, 6 minə yaxını yaralanmışdı. Şəhər infrastrukturunun yarısından çoxu zərər görmüşdü.


Avropa İttifaqı "Hizbullah"ın silahlı qanadını terror təşkilatı siyahısına salıb, lakin siyasi qanadı üçün belə dəyərləndirilmə edilməyib./Publika.az

Xəbər lenti