Son sutka ərzində Qırğızıstanda COVID-19 koronavirusuna 272 nəfər yoluxub. Pandemiya dövründə bu virusa yoluxanların ümumi sayı 41 min 645 nəfərə çatıb.
Qırğızıstan Səhiyyə Nazirliyinn mətbuat xidməti xəbər verir ki, son 24 saat ərzində koronavirusdan 2 nəfər ölüb və bu səbəbdən həyatını itirənlərin ümumi sayı 1493-ə çatıb.
Son sutkada 12, ümumiyyətlə isə 3 min 18 tibb işçisi virusa yoluxub.
Bildirilib ki, ötən gecə Moskvadan Bişkekə 155, Sankt-Peterburqdan isə Oş şəhərinə 157 Qırğızıstan vətəndaşı gətirilib./AZƏRTAC