Xəzər Xəbər

Rusiyada koronavirusa qarşı dərman istehsalına başlandı

Dünya | 14:49 • 15 Avqust 2020
Rusiyada koronavirusa qarşı dərman istehsalına başlandı

Rusiyada Qamaleya adına Milli Epidemiologiya və Mikrobiologiya Tədqiqatları Mərkəzinin ərsəyə gətirdiyi koronavirusa qarşı peyvənd dərmanının istehsalına başlanır.


TASS xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin mətbuat xidmətindən bildiriblər.


Xatırladaq ki, iyun və iyul aylarında sınaqları keçirilən "Sputnik V” adlı peyvənd dərmanı avqustun 11-də rəsmi qeydiyyatdan keçirilməklə dünyada qeydiyyatdan keçən ilk belə dərman oldu. Rusiya Birbaşa Sərmayələr Fondunun rəhbəri Kiril Dmitriyev indiyədək 20 ölkədən həmin dərmandan cəmi 1 milyard doz sifarişi aldıqlarını bildirib./Report

Xəbər lenti