Xəzər Xəbər

Daha bir ölkə COVID-19 peyvəndini hazırladı

Dünya | 15:09 • 13 Avqust 2020
Daha bir ölkə COVID-19 peyvəndini hazırladı

"Ehtimal ki, bəşəriyyət tarixində heç olmadığı qədər sürətli şəkildə peyvəndə sahib olacağıq”.


Bu sözləri Almaniyanın Səhiyyə naziri Yens Span deyib.


ZDF telekanalına açıqlama verən nazir bildirib ki, növbəti aylarda, ən pis ehtimalla, gələn il koronavirusa qarşı peyvənd hazır olacaq.



Dəqiq tarix açıqlamayan Span insanın hansı aralıqda peyvənd olmalı olduğunu və ya immunitetin nə qədər daimi olacağını söyləməyin mümkünsüzlüyünü dilə gətirib.


Qeyd edək ki, Rusiya 11 avqust tarixində koronavirusa qarşı peyvəndin dövlət qeydiyyatına alındığını, kütləvi peyvəndləmənin 2 həftə sonra başlayacağını açıqlamışdı./Publika.az

Xəbər lenti