Xəzər Xəbər

Türk professorlar dünyada analoqu olmayan COVID-19 serumu hazırladı

Dünya | 12:15 • 12 Avqust 2020
Türk professorlar dünyada analoqu olmayan COVID-19 serumu hazırladı

Türkiyənin Adıyaman Universiteti (ADYU), TUBİTAK və VETAL firmasının əməkdaşlığı ilə koronavirusla mübarizə çərçivəsində "Kovidsera adlı antiserum hazırlanıb.


Adıyaman Tədris və Araşdırma Xəstəxanasındakı xəstələrdən götürülən nümunələr ilə reallaşdırılan proses VETAL şirkətinin BSL-3 laboratoriyasında davam edir.



Xəstələrdən götürülən virus hüceyrələri əvvəlcə laboratoriya şəraitində inaktiv edilir, daha sonra fermadakı işçi qrupunda sağlam atlara inyeksiya olunur. Bu atlardan götürülən plazmadan da antitel əldə edilir.


AYDU rektoru, professor Mehmet Turqut bu layihəyə 1 aprel tarixində başladıqlarını, hazırda sona doğru gedildiyini bildirib: "Bu, peyvənd üzərində işə bənzəyir, amma bir fərqi var. O da bəşəri antiserum olmasıdır. İndi heyvanlar üzərində test mərhələsindəyik. TUBİTAK və Səhiyyə Nazirliyi ilə daimi əlaqədəyik. Əlimizdə 7 min xəstəyə çatacaq qədər antiserum toplanıb. Lakin test mərhələsi bitməyib”.


Rektor bildirib ki, antiserum atlardan 6 həftə sonra əldə edilir./Publika.az

Xəbər lenti