Xəzər Xəbər

Bayden seçilsə vitse-prezident o olacaq FOTO

Dünya | 10:05 • 12 Avqust 2020
Bayden seçilsə vitse-prezident o olacaq

ABŞ-da keçiriləcək prezident seçkilərində demokratlardan namizəd olacaq Cozef Bayden ölkənin vitse-prezidenti vəzifəsinə namizəd seçib.

TASS xəbər verir ki, bu barədə C.Bayden öz "Twitter" səhifəsində yazıb.

C.Bayden Kaliforniya ştatından senator Kamala Harrisi ABŞ-ın vitse-prezidenti vəzifəsinə namizəd seçdiyini elan edib: "Ən görkəmli dövlət məmurlarından biri olan Kamala Harrisi seçdiyimi elan etməkdən qürur duyuram".

Qeyd edək ki, noyabrın 3-ü ABŞ-da perzident seçkiləri keçiriləcək./Publika.az


Xəbər lenti