Xəzər Xəbər

Ermənistanda koronavirusdan ölənlərin sayı 800-ü ötdü

Dünya | 11:40 • 11 Avqust 2020
Ermənistanda koronavirusdan ölənlərin sayı 800-ü ötdü

Ermənistanda daha 183 nəfərdə koronavirus aşkarlanıb.


Məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.


Bununla da Ermənistanda virusa yoluxanların sayı 40 593-ə yüksəlib.


Qeyd olunub ki, ölkədə pandemiyadan ölənlərin sayı daha 7 nəfər artaraq 803-ə çatıb. İndiyədək 33 157 nəfər infeksiyadan sağalıb.


Hazırda Ermənistanda 6 399 aktiv koronavirus xəstəsi var./report

Xəbər lenti