Braziliya Səhiyyə Nazirliyinin yaydığı məlumata görə, ötən sutka ölkədə koronavirus (COVID-19) infeksiyasına yoluxanların sayı 22 048 nəfər artıb.
Ölkədə yoluxanların ümumi sayı 3 057 470-dir.
Ötən gün xəstəlikdən 721 nəfər ölüb və həyatını itirənlərin sayı 101 857-yə çatıb.
Ölkədə 2 163 812 nəfər virusdan sağalıb. Braziliya COVID-19-a yoluxanların və ölənlərin sayına görə dünyada ikinci yerdədir.