Xəzər Xəbər

COVID-19-un yeni gözlənilməz simptomu aşkarlandı MÜHÜM

Dünya | 09:36 • 10 Avqust 2020
COVID-19-un yeni gözlənilməz simptomu aşkarlandı

ABŞ-ın Çikaqo şəhərindən olan, öskürək, hərarət və ya sinə ağrısı da daxil olmaqla, hər hansı bir koronavirus infeksiyası əlamətlərindən əziyyət çəkməyən 62 yaşlı bir xəstəni müayinə etdikdən sonra mütəxəssislər onda COVID-19 əlamətlərini aşkarlayıblar.


Bu barədə XəzərXəbər  RİA "Novosti”yə istinadən xəbər verir.


Həkimlər vurğulayıblar ki, o, 4 gün hıçqırıqdan əziyyət çəkib. Bu, COVID-19-un qeydə alınmış ilk belə əlamətidir.


Mütəxəssislərin sözlərinə görə, COVID-19 hələ tam öyrənilməyib, bu səbəbdən xəstəliyin hər tipik olmayan təzahürünü qeydə almaq lazımdır.

Xəbər lenti