Xəzər Xəbər

Braziliyada COVID-19 qurbanların sayı 100 minə çatır

Dünya | 12:28 • 8 Avqust 2020
Braziliyada COVID-19 qurbanların sayı 100 minə çatır

Braziliyada ötən gün ərzində koronavirusdan 1 079 ölüm aşkarlanıb.


Bu barədə ölkənin Səhiyyə Nazirliyinə istinadən TASS xəbər verib.


Qeyd edilir ki, bununla da ölkədə təhlükəli virusdan ölənlərin ümumi sayı 99 572-yə çatıb.


Nazirliyin məlumatına əsasən, Braziliyada son 24 saat ərzində COVID-19-a 50 230 yeni yoluxma qeydə alınıb. Ölkədə pandemiya ərzində koronavirusa 2 962 442 yoluxma təsdiqlənib.


Bu halda 794 476 insan aktiv COVID-19 daşıyıcısıdır./report

Xəbər lenti