Xəzər Xəbər

Çində zəlzələ baş verdi

Dünya | 11:40 • 8 Avqust 2020
Çində zəlzələ baş verdi

Çinin Sintszyan-Uyğur Muxtar Rayonunda güclü zəlzələ olub.


Ölkənin Zəlzələ Şəbəkələri Mərkəzi Turfan şəhərində 4,8 bal gücündə yeraltı təkanlar qeydə alındığını açıqlayıb.


Zəlzələnin episentri 20 km dərinlikdə yerləşib.


Sarsıntılar Urumçi, Korla və Çanqci kimi müxtəlif yerlərdə hiss edilib.


Tələfat və ya fəsadla bağlı məlumat yoxdur./publika.az

Xəbər lenti