Xəzər Xəbər

Afrika İttifaqı həyəcan təbili çalır: COVID-19-a yoluxma halları 1 milyonu ötüb

Dünya | 16:46 • 7 Avqust 2020
Afrika İttifaqı həyəcan təbili çalır:

Afrika İttifaqının Fəlakətlərə Nəzarət və Onların Qarşısının Alınması Mərkəzi (Africa CDC) qitədə COVID-19-a yoluxanların sayının 1 milyonu keçməsi ilə əlaqədar həyəcan təbili çalıb. 


Qurumun bəyanatında qətiyyətli və təxirəsalınmaz tədbirlərin görülməsi əsas vəzifə kimi göstərilib. Bundan başqa, CDC ekspertləri qeyd edirlər ki, yeni növ koronavirus pandemiyasının miqyası rəsmi rəqəmlərdən daha çox ola bilər. Belə ki, bəzi ölkələr, xüsusən Tanzaniya pandemiya haqqında heç bir hesabat təqdim etmir.


Bəyanatda qeyd olunub ki, artıq 22 mindən çox insan COVID-19-un qurbanı olub, 690 min pasiyent isə müalicə edilərək evə buraxılıb. CDC indiyədək 55 Afrika ölkəsində 13 milyon test keçirildiyi barədə məlumat yayıb. Əlavə edilib ki, qitədə yoluxma hallarının 75 faizi iki ölkənin – Cənubi Afrika Respublikası (520 min nəfər) və Misirin (95 min nəfər) payına düşür. Pandemiyanın geniş yayıldığı digər ölkələr arasında Nigeriya, Qana, Keniya, Efiopiya, Sudan, Zambiya və Zimbabve göstərilir./AZƏRTAC

Rubrikanın digər xəbərləri

Xəbər lenti