Xəzər Xəbər

İranda ölənlərin sayı 18 mini keçdi

Dünya | 16:33 • 7 Avqust 2020
İranda ölənlərin sayı 18 mini keçdi

İranda COVİD-19 xəstəliyi səbəbilə dünyasını dəyişənlərin sayı 18 mini ötüb.


Bu barədə dövlət televiziyasına açıqlamasında Səhiyyə Nazirliyinin sözçüsü Sima Sədat Lari deyib.


Onun sözlərinə görə, son sutka ərzində 2 min 450 yeni yoluxma qeydə alınıb. Onlardan 1145 nəfəri xəstəxanaya yerləşdirilib. Beləliklə, ümumi yoluxma sayı 322 min 567-yə çatıb. Onlardan 4 min 136 nəfərinin vəziyyəti kritikdir.


Bu günədək 279 min 724 nəfər sağalıb.

Rubrikanın digər xəbərləri

Xəbər lenti