Xəzər Xəbər

Rusiyada koronavirusdan ölənlərin sayı 14 700-ü ötdü

Dünya | 12:59 • 7 Avqust 2020
Rusiyada koronavirusdan ölənlərin sayı 14 700-ü ötdü

Rusiyada son bir gündə daha 5 241 nəfərə COVID-19 diaqnozu qoyulub.


Bu barədə ölkənin Operativ Qərargahı məlumat yayıb.


Qeyd olunub ki, bununla da Rusiyada koronavirusa yoluxanların sayı 877 135 nəfərə çatıb.


Ölkədə virusdan ölənlərin sayı isə daha 119 nəfər artaraq 14 725-ə yüksəlib.


Bundan başqa, Rusiyada indiyədək koronavirusa yoluxan 683 592 nəfər sağalıb.


Bildirilib ki, yeni yoluxmaların əksəriyyəti paytaxt Moskvada aşkarlanıb – 686 nəfər./report

Xəbər lenti