Xəzər Xəbər

Türkiyənin bəzi bölgələrində karantin bərpa edilir

Dünya | 12:55 • 7 Avqust 2020
Türkiyənin bəzi bölgələrində karantin bərpa edilir

Türkiyənin 83 yaşayış məntəqəsində karantin tədbirləri yenidən tətbiq edilməyə başlayıb.  


Bunu Türkiyənin Daxili İşlər Nazirliyi açıqlayıb.


"Cümə günü saat 09:30 etibarilə 32 şəhərimiz, 4 qəsəbə, 37 kənd, 39 məhəllə və 3 yaşayış məntəqəsi olmaqla toplam 83 ərazidə karantin rejimi tətbiq edilməyə başlayıb. Karantinin tətbiq edildiyi yerlərdə ümumilikdə 54 053 nəfər yaşayır”, - məlumatda bildirilib.


Qeyd olunub ki, ölkədə 68 şəhər, 5 rayon, 24 qəsəbə, 354 kənd, 352 məhəllə, 53 yaşayış məntəqəsi olmaqla toplam 788 ərazidə 623 766 nəfər karantinə alınıb. /report 

Rubrikanın digər xəbərləri

Xəbər lenti