Xəzər Xəbər

Gürcüstanda koronavirusa yoluxanların sayı yenə artdı

Dünya | 12:27 • 7 Avqust 2020
Gürcüstanda koronavirusa yoluxanların sayı yenə artdı

Gürcüstanda daha 7 nəfərdə koronavirus aşkarlanıb, 7 pasiyent müalicə olunaraq sağalıb.


Bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib.


Bununla da qonşu ölkədə COVID-19-a yoluxanların sayı 1 213, sağalanların sayı isə 994 nəfərə çatıb. Xəstəlikdən 17 nəfər vəfat edib. 


Hazırda Gürcüstan üzrə karantində 6 680, stasionar nəzarətdə isə 333 nəfər saxlanılır. /report

Xəbər lenti