Xəzər Xəbər

Ermənistanda koronavirusdan ölənlərin sayı 777-yə çatdı

Dünya | 12:20 • 7 Avqust 2020
Ermənistanda koronavirusdan ölənlərin sayı 777-yə çatdı

Ermənistanda daha 166 nəfərdə koronavirus aşkarlanıb.


Məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.


Bununla da Ermənistanda virusa yoluxanların sayı 39 985-ə yüksəlib.


Qeyd olunub ki, ölkədə pandemiyadan ölənlərin sayı daha 5 nəfər artaraq 777-yə çatıb. İndiyədək 32 008 nəfər infeksiyadan sağalıb.


Hazırda Ermənistanda 6 972 aktiv koronavirus xəstəsi var./Report

Xəbər lenti