Xəzər Xəbər

İtaliyada koronavirusa yoluxma sayı 249 minə çatır

Dünya | 11:56 • 6 Avqust 2020
İtaliyada koronavirusa yoluxma sayı 249 minə çatır

İtaliyada koronavirus infeksiyasına yeni 384 yoluxma faktı qeydə alınıb.


Bu barədə "La Republicca” ölkənin Səhiyyə Nazirliyinə istinadən xəbər verir.


Qeyd olunub ki, ötən gün COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 10 nəfər vəfat edib.


Bildirilib ki, ölkədə ümumilikdə 248 803 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 35 181-i vəfat edib./report

Xəbər lenti