Xəzər Xəbər

Bu ölkədə insanlıq dramı davam edir Son sutkada 1437 nəfər öldü

Dünya | 10:46 • 6 Avqust 2020
Bu ölkədə insanlıq dramı davam edir

Braziliyada son sutka ərzində koronavirusa yoluxanların sayı 57 152 nəfər artaraq 2 859 073-ə yüksəlib.


Bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.


Bildirilib ki, indiyədək virusa yoluxmuş 97 256 xəstə vəfat edib. Son sutkada 1 437 ölüm faktı qeydə alınıb.


Braziliya həm koronavirusa yoluxma hallarına, həm də COVID-19 qurbanlarının sayına görə dünyada ikinci yerdədir.

Xəbər lenti