Xəzər Xəbər

3 general istefaya göndərildi

Dünya | 09:41 • 6 Avqust 2020
3 general istefaya göndərildi

Rusiya Prezidenti Vladimir Putin Federasiyanın İstintaq Komitəsinin 3 generalının və bir polkovnikinin vəzifəsindən azad edilməsi barədə fərman imzalayıb.


XəzərXəbər xəbər verir ki, bunlar İstintaq Komitəsinin Nəqliyyat üzrə Moskva Regionlararası İstintaq İdarəsinin rəhbəri ədliyyə general-mayoru Sergey Vazyulin, İrkutsk vilayətinin İstintaq İdarəsinin rəhbəri ədliyyə general-mayoru Andrey Bunev, Kuban istintaq şöbəsinin rəhbəri ədliyyə general-leytenantı Vadim Buqaenko və Baş İdarə rəisi polkovnik Rif Qayututdinovdur.


Nəşrin məlumatına görə, onların hər biri öz arzusu ilə istefa ərizəsi yazıb./APA

Xəbər lenti