Xəzər Xəbər

Ermənistanda koronavirusdan ölənlərin sayı 770-ə çatdı

Dünya | 12:04 • 5 Avqust 2020
Ermənistanda koronavirusdan ölənlərin sayı 770-ə çatdı

Ermənistanda daha 288 nəfərdə koronavirus aşkarlanıb.


Məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.


Bununla da Ermənistanda virusa yoluxanların sayı 39 586-ya yüksəlib.


Qeyd olunub ki, ölkədə pandemiyadan ölənlərin sayı daha 2 nəfər artaraq 770-yə çatıb. İndiyədək 30 850 nəfər infeksiyadan sağalıb.


Hazırda Ermənistanda 7 738 aktiv koronavirus xəstəsi var./report

Xəbər lenti