Xəzər Xəbər

Yüzlərlə erməni xəsarət aldı, itkin düşənlər var Ermənistan fəlakəti açıqladı

Dünya | 11:41 • 5 Avqust 2020
Yüzlərlə erməni xəsarət aldı, itkin düşənlər var

Livanın paytaxtı Beyrutda ötən gün baş verən dəhşətli partlayış nəticəsində xəsarət alan və ölənlərin arasında ermənilər də var.


Bu barədə Ermənistan Xarici İşlər Nazirliyi məlumat yayıb.


Nazirliyin mətbuat katibi Anna Naqdalyan bildirib ki, hadisədə 3 erməni ölüb, 100-dən çoxu yaralanıb: "Beyrut limanında baş verən partlayış nəticəsində bütün Beyrutda olduğu kimi, ermənilərin məskunlaşdığı ərazilərdə də genişmiqyaslı dağıntı qeydə alınıb. Hazırda üç ölü erməni və yüzə yaxın yaralı barədə məlumat var. Ancaq itkin düşənlərin sayının çox olduğu üçün bu rəqəmlər arta bilər”.


Qeyd edək ki, partlayış nəticəsində şəhərin yarısına ziyan dəyib. Çox sayda itki səbəbiylə xəstəxanalar həddindən artıq doludur. Zərərçəkmiş tikililər arasında erməni məhəllələri, o cümlədən Müqəddəs Gevork kilsəsi, Livandakı Ermənistan səfirliyinin binası da var.

Xəbər lenti