Xəzər Xəbər

Qazaxıstan COVID-19 peyvəndinin sınaqlarına başlayır TARİX AÇIQLANDI

Dünya | 11:32 • 5 Avqust 2020
Qazaxıstan COVID-19 peyvəndinin sınaqlarına başlayır

Qazaxıstanda COVID-19 peyvəndinin kliniki sınaqlarına sentyabrda başlanacaq.


Təhsil və Elm Nazirliyi Elmi Komitəsi Bioloji Təhlükəsizlik Problemləri Araşdırma İnstitutu bu barədə bildirib.


"26 iyulda peyvənd hazırlayan 5 nəfər canlı virusla iş əsnasında təhlükəsizliklərini təmin etmək üçün peyvəndi könüllü olaraq öz üzərlərində sınayıb. 3 gün sonra ümumi vəziyyətin yaxşı olduğu, qızdırma və allergiyanın olmadığı müşahidə edilib. Kliniki sınaqlardan əvvəlki mərhələ 20 avqustda tamamlanacaq. Nəticələr Səhiyyə Nazirliyinə təqdim ediləcək”, - institutun açıqlamasında deyilir.


Səhiyyə Nazirliyi peyvəndi təsdiq edərsə, 44 könüllünün qatılacağı sınaqlar başlayacaq. Oktyabrda isə 200 könüllü üzərində ikinci mərhələ gerçəkləşdiriləcək./Publika.az

Xəbər lenti