Xəzər Xəbər

Almaniyada koronavirusun ikinci dalğası başladı

Dünya | 15:03 • 4 Avqust 2020
Almaniyada koronavirusun ikinci dalğası başladı

Almaniyada koronavirus pandemiyasının ikinci dalğası artıq başlayıb.


Bunu Almaniya Həkimlər İttifaqının rəhbəri Zuzanne Yona deyib.


O bildirib ki, ikinci dalğa öz miqyasına görə birinci epidemiyadan kifayət qədər zəifdir və ölkənin xəstəxanaları yeni xəstələrin qəbuluna hazırdır.


Almaniyada koronavirusun birinci dalğasında pik nöqtə mart-aprel aylarına təsadüf edib.


Qeyd edək ki, bu günədək ölkədə 212 mindən çox şəxs koronavirusa yoluxub, 9 232 nəfər həyatını itirib.


Son iki həftə ərzində gündəlik yoluxma min nəfərə yaxın olub. İyulun əvvəlində isə bu göstərici 500-ü keçmirdi./Trend

Xəbər lenti