Xəzər Xəbər

Avropa ölkəsi koronavirus faciəsi yaşayır Say 70 minə çatır

Dünya | 09:55 • 4 Avqust 2020
Avropa ölkəsi koronavirus faciəsi yaşayır

Koronavirus pandemiyasının tüğyan etdiyi Avropada ən ağır vəziyyətlərdən birini Belçika yaşayır.


Ölkədə infeksiyaya yoluxma 70 minə yaxınlaşır.


Ölkənin Milli Xalq Sağlamlığı İnstitutunun (Sciensano) açıqlamasına görə, yoluxma sayı həftədə 68% artır. Hazırda bu rəqəm 69 min 849 nəfər təşkil edir.


Xəstəxanada müalicə alanların sayı isə 60% artaraq gündəlik 24-ə qalxıb.


Belçikada bu günə qədər 9 min 845 nəfər COVİD-19 səbəbilə dünyasını dəyişib./Publika.az

Xəbər lenti