Xəzər Xəbər

“Google”, “Facebook”, “Apple” və “Amazon”un rəhbərləri ABŞ Konqresində ifadə veriblər

Dünya | 17:02 • 30 İyul 2020
“Google”, “Facebook”, “Apple” və “Amazon”un rəhbərləri ABŞ Konqresində ifadə veriblər

ABŞ Konqresində tarixdə ilk dəfə "Google”, "Facebook”, "Apple” və "Amazon” kimi IT nəhənglərinin rəhbərləri rəqibləri ilə mübarizədə sui-istifadə halları ittihamı üzrə ifadə veriblər.


Xezerxeber.az ВВС News telekanalına istinadla xəbər verir ki, konqresdə IT nəhənglərinin genişlənmək məqsədilə öz güclərini dağıdıcı şəkildə istifadə etmələri barədə fikirlər səsləndiyi üçün monopoliyaya qarşı yoxlamalar başlayıb. Həmçinin qanunvericilər nizamlanmanın gücləndirilməsi barədə müzakirələr aparıblar.


Eyni zamanda, bu kompaniyaların informasiyaları idarə etməsi respublikaçıların narahatlığına səbəb olub.


Pandemiya şəraitində video-əlaqə rejimində keçirilən dinləmələrin gedişində "Facebook” kompaniyasının qurucusu Mark Sukerberq, "Google” kompaniyasının baş direktoru Sundar Piçai, "Apple” kompaniyasının baş direktoru Tim Kuk və "Amazon” kompaniyasının banisi və rəhbəri Ceff Besoz qanunsuz fəaliyyətlə məşğul olmadıqlarını iddia ediblər.

Xəbər lenti