Xəzər Xəbər

Ukraynada koronavirusa yoluxma hallarında antirekord qeydə alınıb

Dünya | 12:06 • 30 İyul 2020
Ukraynada koronavirusa yoluxma hallarında antirekord qeydə alınıb

Ukraynada son sutkada koronavirusa yoluxma hallarında antirekord qeydə alınıb.


Ukrayna Səhiyyə Nazirliyi məlumat yayıb ki, bu ölkədə son sutkada 1197 nəfər koronavirusa yoluxub, 23 nəfər isə dünyasını dəyişib.


Ən çox yoluxma Kiyev və Lvov vilayətlərində qeydə alınıb. Bununla da ölkədə koronavirusa yoluxanların sayı 68 min 794 nəfərə çatıb. Virusdan ölənlərin ümumi sayı 1673 nəfərdir, 38 min 154 xəstə sağalaraq evə buraxılıb.


Qeyd edək ki, Ukraynada koronavirusla bağlı vəziyyət pisləşdiyindən karantin müddəti avqustun 31-dək uzadılıb.

Xəbər lenti