Xəzər Xəbər

“Vaqner”in döyüşçüləri Belarusda terror aktları törətməyə hazırlaşıblar - RƏSMİ AÇIQLAMA

Dünya | 11:19 • 30 İyul 2020
“Vaqner”in döyüşçüləri Belarusda terror aktları törətməyə hazırlaşıblar -

Belarusda saxlanılan Rusiyanın "Vaqner” qrupunun döyüşçüləri ölkədə terror aktları törətməyə hazırlaşıblar.


Xezerxeber.az-ın "RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Belarusun Təhlükəsizlik Şurasının dövlət katibi Andrey Ravkov bildirib.


O qeyd edib ki, faktla bağlı cinayət işi başlanılıb.


Xatırladaq ki, ötən gün Belarus hüquq-mühafizə orqanları Minsk ətrafında xarici özəl hərbi şirkətin 32 döyüşçüsünü saxlayıb. Sonradan məlum olub ki, döyüşçülər Rusiyanın "Vaqner" özəl hərbi qrupunun üzvləridir.

Xəbər lenti