Xəzər Xəbər

ABŞ-da baş vermiş atışmada 3 nəfər ölüb

Dünya | 11:33 • 30 İyul 2020
ABŞ-da baş vermiş atışmada 3 nəfər ölüb

ABŞ-ın Missuri ştatının Sent-Luis şəhərində atışma baş verib.


Bu barədə yerli "St. Louis Post-Dispatch” qəzeti polisə istinadən məlumat yayıb.


Polisin nümayəndəsi Mişel Uidinq bildirib ki, 3 nəfər hadisə yerində ölüb, 1 nəfər isə ayağından güllə yarası alıb.

Nəşrin məlumatına görə, atışmanın başvermə səbəbi hələlik məlum deyil.


Silahlı insidentin qruplaşmalar arasında toqquşma nəticəsində baş verdiyi güman edilir.


Polis hadisə yerindən silah götürüb.

Xəbər lenti