Xəzər Xəbər

Avropa ölkəsi oktyabra qədər fövqəladə vəziyyət elan etdi

Dünya | 16:01 • 29 İyul 2020
Avropa ölkəsi oktyabra qədər fövqəladə vəziyyət elan etdi

İtaliyada koronavirus pandemiyasına görə fövqəladə vəziyyətin müddəti oktyabr ayına qədər uzadılıb.


Bu barədə ölkənin Baş naziri Cüzeppe Konte qərar qəbul edib.


Baş nazir Senatda etdiyi çıxışında ölkədəki yoluxma sayının əhəmiyyətli miqdarda azalmasına qarşı fövqəladə vəziyyətin müddətini uzatmağın qaçılmaz olduğunu deyib.


Qeyd edək ki, İtaliyada 246 min 488 nəfər koronavirusa yoluxub. 35 min 123 nəfər ölüb. 198 min 756 nəfər sağalıb. Hazırda 12 min 609 aktiv koronavirus xəstəsi var./Publika.az

Xəbər lenti