Xəzər Xəbər

Dünya nəhəngi yenidən hərəkətə keçdi: 4 milyonun ölümündən sonra...

Dünya | 15:56 • 29 İyul 2020
Dünya nəhəngi yenidən hərəkətə keçdi:

ABŞ-da yeni tip koronavirusa yoluxmalardakı artım səbəbilə "qırmızı bölgə” elan olunan ştatların sayı 21-ə yüksəlib.


Həmin ştatlardan pandemiya ilə mübarizə çərçivəsində məhdudiyyətlərin artırılması tələb olunub.


"Nyu York Tayms”ın xəbərinə görə, tələb Ağ Evin COVID-19 ilə Mübarizə Mərkəzi tərəfindən verilib.


Hər 100 min nəfərdən 100-dən çoxunda yoluxmaya rast gəlinən və bu səbəbdən "qırmızı bölgə” elan olunan ştatlar arasında Alabama, Arizona, Arkanzas, Kaliforniya, Florida, Corciya, İdaho, İova, Kanzas, Luiziana, Missisipi, Missuri, Nevada, Şimali Karolina, Şimali Dakota, Oklahama, Cənubi Karolina, Tennes, Texas, Yutah və Viskonsin yer alıb.


Koronavirusla Mübarizə Mərkəzinin federal hesabatına əsasən, bar və idman zallarının bağlanması, restoranların yerində xidməti 25%-ə endirməsi, maska və sosial məsafə qaydalarına riayətin təşviq edilməsi tövsiyə olunub.


Son rəqəmlərə görə, ABŞ-da 4 milyon 498 min 343 nəfər koronavirusa yoluxub, 152 min 320 nəfər ölüb./publika.az

Xəbər lenti