Xəzər Xəbər

Çində koronavirusa yoluxma yenidən artıma keçdi: türklərin yaşadığı bölgədə...

Dünya | 15:52 • 29 İyul 2020
Çində koronavirusa yoluxma yenidən artıma keçdi:

Yeni tip koronavirusun ortaya çıxdığı Çində son sutka ərzində 101 yeni yoluxma faktı qeydə alınıb.

Bu barədə Çin Milli Səhiyyə Komitəsi məlumat yayıb.

Açıqlamada bildirilib ki, yeni yoluxanlardan sadəcə 3 nəfər xaricdən ölkəyə daxil olub. Qalan 98 yoluxmadan 89-u Sintszyan-Uyğur Rayonunda qeydə alınıb.

Son sutkada Çinin materik hissəsində COVID-19 səbəbilə ölüm qeydə alınmayıb.

Qeyd edək ki, Çində bu günə qədər 84 min 60 nəfər koronavirusa yoluxub, 4 min 634 nəfər ölüb. 78 min 944 nəfər sağalıb. Hazırda Çində 482 aktiv koronavirus xəstəsi var.


Xəbər lenti