Xəzər Xəbər

Tramp koronavirusa qarşı peyvənd edilən ilk insanlardan biri olmağa hazırdır

Dünya | 13:38 • 23 İyul 2020
Tramp koronavirusa qarşı peyvənd edilən ilk insanlardan biri olmağa hazırdır

ABŞ Prezidenti Donald Tramp koronavirusa qarşı vaksin hazır olduqdan sonra onun vurulduğu ilk insanlardan olmağa hazırdır.


Xezerxeber.az xəbər verir ki, ABŞ Prezidenti bu barədə Fox News telekanalına müsahibəsində deyib.


"Özünüz bilirsiniz, mən birincilərdən olsam, hamı mənim eqoistliyimdən və peyvəndi ən tez əldə etmək istəməyimdən danışacaq”, - deyə Donald Tramp vaksin vurulan ilk insanlardan biri olmağı istəyib-istəməməsi barədə sualı cavablandırarkən bildirib.


Onun sözlərinə görə, bu addımı cəsarətli sayanlar da az deyil. "Bunu məndən istəsələr, düzgün olduğunu hesab etsələr, mən vaksin vurulan ilk və ya sonuncu insan olmağa hazıram”, - deyə ABŞ Prezidenti əlavə edib.


Qeyd edək ki, Birləşmiş Ştatların lideri bir qədər əvvəl amerikalı mütəxəssislərin cari ilin sonunadək COVID-19 əleyhinə vaksini hazırlaya biləcəkləri barədə məlumat vermişdi. O, Fox News telekanalına müsahibəsində koronavirusa yoluxan insanların müalicəsində effektiv olacaq preparatların hazırlanmasının da vacibliyini vurğulayıb.

Xəbər lenti