Xəzər Xəbər

ÜST İrana humanitar yardım göndərib

Dünya | 11:49 • 23 İyul 2020
ÜST İrana humanitar yardım göndərib

Koronavirus ilə mübarizəni daha da gücləndirmək məqsədilə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) İrana 16 ədəd kompüter tomoqrafiya aparatı göndərib.


ÜST-ın Tehrandakı ofisi xəbər yayıb ki, bu aparatlarla virusa yoluxan xəstələrin ağ ciyərindəki prosesləri müşahidə etmək olacaq.


K.Hamelman bildirib ki, dəyəri 4 milyon dollar olan aparatlar ÜST ilə İranın Səhiyyə Nazirliyi arasında davam edən əməkdaşlıq nəticəsində Tehrana gətirilib. O bəyan edib ki, koronavirusun İranda geniş yayılması və ona qarşı aparılan mübarizə təşkilat tərəfindən diqqətlə izlənilir və yardımlar göstərilir. ÜST nümayəndəsi İranın xəstəliyə qarşı effektiv mübarizə apardığını da nəzərə çatdırıb. Qeyd edib ki, ÜST virusa qarşı mübarizədə İrana yardım göstərməkdə davam edəcək.

Xəbər lenti