Xəzər Xəbər

Şahzadə Filip hərbi vəzifələrini gəlininə təhvil verib

Dünya | 10:53 • 23 İyul 2020
Şahzadə Filip hərbi vəzifələrini gəlininə təhvil verib

Kraliça II Elizabetin həyat yoldaşı şahzadə Filip hərbi vəzifələrini gəlini Kornuoll hersoqu Kamillaya təhvil verib.


Xezerxeber.az xəbər verir ki, Vindzor sarayında keçirilən təhvil vermə zamanı 99 yaşlı şahzadəyə hərbidəki 67 illik fəaliyyətinə görə təşəkkür edilib. Həyat yoldaşı şahzadə Çarlzla Şotlandiyada səfərdə olan Kamilla vəzifəni qəbul etdiyini açıqlayıb.


2017-ci ildən şahzadə Filip rəsmi tədbirlərə qatılmayacağını açıqlayıb.


Qeyd edək ki, şahzadə Filip Britaniya kral ailəsinin üzvləri arasında ən uzunömürlü şəxsdir.

Xəbər lenti