Xəzər Xəbər

Gəlin toyu ərəfəsində amansızlıqla qətlə yetirildi - FOTO

Dünya | 17:42 • 22 İyul 2020
Gəlin toyu ərəfəsində amansızlıqla qətlə yetirildi -

Rusiya paytaxtında yaşayış evində amansızlıqla döyülərək öldürülmüş 27 yaşlı qızın cəsədi aşkar olunub.


Bu barədə "Moskva” xəbər agentliyi məlumat yayıb.


Həlak olan qadının başında, bədənində və ətraflarında bir sıra zədələr aşkarlanıb.

Hadisə ilə bağlı "qətl” maddəsi üzrə cinayət işinə başlanılıb.

Məlumata görə, müşahidə kameraları qızın öz nişanlısı ilə binaya daxil olduğunu qeydə alıb.

Kişi yoxa çıxıb, onun axtarışları aparılır.

Polislər gələn zaman hadisə yerində gəncin anası olub.

O, sevgililərin avqustun 8-nə toy planlaşdırdıqlarını bildirib.


Xəbər lenti