Xəzər Xəbər

Əfqanıstanda partlayış: güc strukturlarının 7 əməkdaşı həlak olub

Dünya | 16:09 • 22 İyul 2020
Əfqanıstanda partlayış:

Əfqanıstanın mərkəzində yerləşən Uruzqan əyalətində baş verən partlayış nəticəsində güc strukturlarının azı yeddi əməkdaşı həlak olub.


Bu barədə Tolo News telekanalı əyalətin polis rəisinin nümayəndəsi Zarqay İbadiyə istinadla məlumat yayıb. Onun sözlərinə görə, yol kənarında quraşdırılmış bombanın partladılması nəticəsində həlak olanlar arasında Has Uruzqan rayonunun polis rəisi Dad Qul da var.


Əfqanıstanda sülh prosesinin başlamasına baxmayaraq, "Taliban” hərəkatı ilə hökumət qüvvələri arasında qarşıdurma davam edir. Fevral ayının sonlarında Qətərdə ABŞ və "Taliban” 18 ildən çox davam edən müharibə ərzində ilk sülh sazişi imzalayıb. Saziş 14 ay ərzində xarici qüvvələrin ölkədən çıxarılmasını və tərəflər arasında dialoqun başlamasını nəzərdə tutur. Həmçinin sənədə əsasən "Taliban” hərəkatı və Əfqanıstan hökuməti arasında danışıqlar və atəşkəs rejimi başlanmalıdır.


Ölkə ərazisində İŞİD qruplaşmasının da fəallığı artıb. Əfqanıstanın milli müdafiə və təhlükəsizlik qüvvələri beynəlxalq koalisiyanın hərbi dəstəyi ilə bütün ölkə boyu birgə əməliyyatlar keçirirlər.

Xəbər lenti