Xəzər Xəbər

Qara dənizdə çoxmillətli hərbi təlimlər başlayıb

Dünya | 15:56 • 20 İyul 2020
Qara dənizdə çoxmillətli hərbi təlimlər başlayıb

Qara dənizdə "Dəniz mehi - 2020” (Sea Breeze 2020) hərbi təlimləri başlanıb.


Çoxmillətli təlimlər bu gün Ukraynanın Odessa limanı yaxınlığında start götürüb.


ABŞ Hərbi Dəniz Qüvvələrinin altıncı donanmasının açıqlamasına görə təlimlərin məqsədi regional təhlükəsizliyi gücləndirməkdir.


Hərbi təlimlərdə ABŞ, Bolqarıstan, Türkiyə, Rumıniya, Fransa, İspaniya və Norveçdən 27 hərbi gəmi, 19 helikopter, 2000 hərbçi iştirak edir.


Təlimlərin iyulun 26-da başa çatacağı bildirilir.

Xəbər lenti