Xəzər Xəbər

İranda bir gündə koronavirusdan 220 nəfər ölüb

Dünya | 15:58 • 20 İyul 2020
İranda bir gündə koronavirusdan 220 nəfər ölüb

İranda koronavirusa yoluxaraq ölənlərin sayında yenə də artım müşahidə edilir.


Bu barədə məlumatı İranın Səhiyyə Nazirliyinin mətbuat katibi Sima Səadət Lari mətbuat konfransında verib. O bildirib ki, son sutka ərzində 2 min 414 nəfər koronavirusa yoluxan qeydə alınaraq xəstəxanaya yerləşdirilib, 220 nəfər isə vəfat edib.


Bununla da İranda virusa yoluxanların ümumi sayı 276 min 202 nəfər, ölənlərin sayı isə 14 min 405-ə çatıb. Xüsusi xəstəxanalarda müalicə alan 240 min 80 nəfər sağalaraq evə buraxılıb. İntensiv terapiya şöbələrində müalicəsini davam etdirən 3 mindən çox xəstənin vəziyyəti ağır olaraq qalmaqdadır.

Xəbər lenti