Xəzər Xəbər

Rusiya Ermənistan-Azərbaycan sərhədində vəziyyətin tezliklə nizamlanacağına ümid edir

Dünya | 15:26 • 20 İyul 2020
Rusiya Ermənistan-Azərbaycan sərhədində vəziyyətin tezliklə nizamlanacağına ümid edir

Rusiya ümid edir ki, Ermənistan-Azərbaycan sərhədində vəziyyət mümkün qədər tez bir müddətdə nizamlanacaq və bu münaqişə ətrafında yaranmış emosional fon normal məcraya qayıdacaq.


Bu barədə Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov bəyan edib.


Kreml rəsmisi qeyd edib ki, RF vətəndaşlığına malik ermənilər də, azərbaycanlılar da Rusiya cəmiyyətinin nüfuza sahib üzvləridir. Lakin aydındır ki, bu rusiyalı vətəndaşlar Ermənistan-Azərbaycan sərhədində vəziyyətin mürəkkəbləşməsi məsələsinə etinasız qala bilməzlər.


"Biz ümid edirik ki, bu vəziyyət mümkün qədər tez bir müddətdə nizamlanacaq və bu münaqişə ətrafında yaranmış emosional fon da normal məcraya qayıdacaq”, - deyə D.Peskov bildirib.

Xəbər lenti