Xəzər Xəbər

Ekspert: Rusiya Ermənistanı dəstəkləməyəcək

Dünya | 17:24 • 16 İyul 2020
Ekspert: Rusiya Ermənistanı dəstəkləməyəcək

Rusiya Ermənistanı dəstəkləməyəcək.


Bu fikri rusiyalı ekspert Mixail Neyjmakov bildirib.


O deyib ki, Rusiya münaqişənin diplomatik yolla həllinə cəhd göstərir. Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının son hadisələrlə bağlı quru şərhinin Moskva ilə razılşadırıldığını istisna etməyən ekspert bildirib ki, Paşinyan özü də Rusiyanın dəstəyinə ümid bəsləmir. Əks halda, o, daha çox açıq bəyanatlarla çıxış edər, güc strukturlarının rəhbərləri ilə açıq müşavirələr keçirərdi. Ermənistan baş naziri isə müharibənin qızğın vaxtında özünün "Facebook” səhifəsində Syuniks rayonunda təmir işləri ilə bağlı status paylaşıb.


Mixail Neyjmakovun sözlərinə görə, yaxın vaxtlarda ölkədə Paşinyanın tənqidçilərinin, onun komandasının fəaliyyətindən narazıların sayı daha da artacaq. Ölkədə bir çoxları son hadisələri Paşinyanın oğlunun üç gün əvvəl ordudan tərxis edilməsi ilə bağlayırlar. Hesab olunur ki, baş nazirin oğlu əsgər olduğu son bir ildə erməni tərəfi xırda-para atışmaları nəzərə almasaq, böyük təxribatlara getmirdi. Ancaq oğlu evə qayıdan kimi Paşinyanın müharibə etmək həvəsi yarandı. Üstəlik də oğul Paşinyan Azərbaycanın işğal altında olan Qarabağ bölgəsində əsgər idi. Dağlıq Qarabağın beynəlxalq hüquq baxımından da Azərbaycan torpağı olduğunu nəzərə alsaq, oğul Paşinyana cinayətkar demək olar. (AZƏRTAC)

Xəbər lenti