Xəzər Xəbər

“Avropa İttifaqı ABŞ-ı istismar etmək üçün yaradılıb” - Trampdan ağır ittiham

Dünya | 10:45 • 15 İyul 2020
“Avropa İttifaqı ABŞ-ı istismar etmək üçün yaradılıb” -

"Avropa İttifaqı Amerika dövlətini öz maraqları naminə istismar etmək üçün yaradılıb”.


TASS-ın məlumatına görə, bu sözləri ABŞ Prezidenti Donald Tramp deyib.


ABŞ lideri Ağ Evdə keçirilən mətbuat konfransında ABŞ-ın Çin və dünyadakı bir çox ölkə ilə rəqabət apardığını qeyd edib. D.Tramp bildirib ki, Avropa İttifaqı da heç vaxt ABŞ-a yaxşı yanaşmayıb.


"Aİ ABŞ-dan öz maraqları naminə istifadə etmək üçün yaranıb. Yaradılıb və ABŞ-dan istifadə edir. Mən bunu bilirəm, onlar da mənim bunu bildiyimi bilirlər. Digər prezidentlərin isə bu barədə anlayışı belə yox idi”, - deyə, D.Tramp qeyd edib.

Xəbər lenti