Xəzər Xəbər

Gürcüstanda olan daha 200 Azərbaycan vətəndaşı təxliyə edilir

Dünya | 11:52 • 11 İyul 2020
Gürcüstanda olan daha 200 Azərbaycan vətəndaşı təxliyə edilir

Azərbaycanın Gürcüstandakı səfirliyi bu ölkədə qalan vətəndaşlarımızın növbəti təxliyəsini həyata keçirəcək.


Gürcüstandan təxliyə olunacaq 200-dək Azərbaycan vətəndaşı Tbilisidə koronavirusla bağlı test olunurlar.


Azərbaycanın Gürcüstandakı səfirliyinin konsulu Ramel Lətifov AZƏRTAC-a bildirib ki, yoxlama prosesi Gürcüstan Səhiyyə Nazirliyinin rəsmi lisenziyası əsasında fəaliyyət göstərən tibbi laboratoriyada həyata keçirilir. Vətəndaşlarımızdan gün ərzində növbəlilik əsasında bioloji materiallar götürüləcək. PCR testi ödənişlidir və vətəndaşların öz hesabına qarşılanır.


Nəticələr iyulun 12-də məlum olacaq və Azərbaycanın Gürcüstandakı səfirliyinə təqdim ediləcək. COVID-19 aşkarlanmayan şəxslərə xüsusi arayış veriləcək. Onun sözlərinə görə, Azərbaycan vətəndaşlarının təxliyəsi iyulun 13-nə təyin olunub. Onlar avtobuslarla Azərbaycan səfirliyinin binası qarşısından "Qırmızı körpü" sərhəd-keçid məntəqəsinə çatdırılacaqlar.


Ölkədəki xüsusi karantin rejimi çərçivəsində onların yaşadıqları ünvana çatmaq üçün bir günlük sərbəst hərəkət icazələri olacaq.

Xəbər lenti

Çox oxunanlar